Previous Next
Bağla

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019 10:25
Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı
Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində
işləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.

Bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq
yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini,
avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc
ödənişlərinin ƏDV-sini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək mümküdür.

“ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 7 hüquqi şəxs və 2 dövlət təhsil müəssisəsi olmaqla, 221 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 557  xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və
terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019

Bakı Nəqliyyat Agentliyinin cərimə ödənişləri ASANlaşdı

27-10-2018

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Rüsum ödənişləri ilə bağlı yenilik

23-04-2019

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Koronavirusla Mübarizəyə Dəstək Fondu ASAN ödəniş sistemində

25-03-2020

ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

30-09-2020

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015

“ASAN ödəniş”də şəxsi kabinetlərin sayı - 500 000-İ KEÇDİ

08-04-2021

ASAN ödəniş-ə bir sıra rüsum ödənişləri əlavə olunacaq

11-06-2019

Ekspert qurumların ASAN Ödəniş sisteminə inteqrasiyasından danışdı

01-02-2019

"Asan Pay" fəaliyyətə başlayıb

09-01-2015

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

Prezident “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni təsdiqlədi

12-02-2015

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

ExpressPay terminalları sürətlə inkişaf edir

15-02-2016

Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında

08-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə